Zukerberq yalan detektorunu işə saldı!
    • 17-02-2024, 17:10
    • 152

Zukerberq yalan detektorunu işə saldı!

"Meta" bu gündən etibarən saxta xəbərlər barədə xəbərdarlıqları aktivləşdirib. Paylaşılan xəbərlərin doğruluğunu yoxlamağa başlayan "Threads" ən böyük rəqibi X-dən daha etibarlı mərhələyə keçməyə hazırlaşır. Bəs, X-ə rəqib olan "Meta" tətbiqi saxta xəbərləri bloklaya biləcəkmi? 

News24.az xəbər verir ki, bu xüsusiyyət ilə "Threads" yerli seçkilərə doğru yayılacaq dezinformasiya ilə mübarizə üçün bir addım atmış ola bilər. İstifadəçilərin şəbəkədə müşahidə etdiyi yoxlama sxemləri haqqında hesabatlardan sonra "Meta" Threads-də yayılan yanlış məlumatların aradan qaldırılması üçün fakt yoxlayan təşkilatlarla əməkdaşlıq etdiyini təsdiqləyib.

Bununla belə, "Threads" məzmununun birbaşa yoxlanılması proqramı hələ tam istifadəyə verilməyib. "Meta" dekabrda elan edib ki, fakt yoxlayan tərəfdaşlar 2024-cü ilin əvvəlində Threads-də yalan məzmunu birbaşa nəzərdən keçirə və qiymətləndirə biləcəklər.

Şirkət fakt yoxlayıcıların birbaşa Threads-də məzmunu qiymətləndirmək mandatının hələ tamamlanmadığını, lakin çox tezliklə genişlənəcəyini bildirib. 

Günel Məlikzadə