-
- 19-02-2024, 11:40
- 274
HƏMAS girovları qaytarmasa, bu tarixdə Rəfaha girəcəyik
Martın ilk ongünlüyünün sonu və Ramazan ayının əvvəlində radikalların əlində olan girovlar azad olunmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatını ölkənin cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcək.
News24.az xəbər verir ki, bu xəbərdarlığı İsrailin müdafiə naziri Benni Qantz deyib.
"Dünya və HƏMAS liderləri də bilməlidir ki, Ramazana qədər girovlarımız evdə olmasalar, Rəfah bölgəsi də daxil olmaqla, hər yerdə döyüşlər davam edəcək. Biz bunu koordinasiyalı şəkildə edəcəyik, dialoq əsasında dinc sakinlərin təxliyyəsini asanlaşdıracağıq. Mülki itkiləri minimuma endirmək üçün amerikalı və misirli tərəfdaşlarımızla birlikdə”,- deyə nazir bildirib.
Mehriban Mirzəzadə