Astarada qəzada 60 yaşlı kişi öldü
    • 19-02-2024, 11:31
    • 168

Astarada qəzada 60 yaşlı kişi öldü


Fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.