Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
    • 19-02-2024, 11:58
    • 174

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 20-si saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

News24.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Qeyd edilib ki, 20 fevral 2024-cü ildən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü ildən tədris ilinin sonunadək aktiv edilməyəcək.