-
- 18-04-2019, 20:01
- 1 484
Budapeştdə Nəsiminin 650 illik yubileyi münasibəti tədbir keçiriləcək
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Budapeştdə Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15.11.2018 tarixli 689 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.2019 tarixli 38s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına, həmçinin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Yunus Emre İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə 2019-cu il 24 aprel tarixdə Budapeşt şəhərində, Yunus Emre İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq ədəbi-musiqili tədbir keçiriləcəkdir.
News24.az xəbər verir ki, tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti 22-25 aprel tarixində Macarıstana səfər edəcəkdir.
Rəsmi şəxslərin, Azərbaycan və Türkiyədən dəvət olunacaq nəsimişünas alimlərin, macar türkoloqların çıxış edəcəyi tədbirdə Azərbaycan Milli Kitabxanasının fondunda olan, Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və yerli macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında “Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı”nın imzalanması, eyni zamanda Macarıstan Milli Kitabxanasında qədim şərq (Azərbaycan, türk, ərəb və fars) əlyazmaları fondu ilə tanışlıq planlaşdırılıb.