Qarabağda daha 79 mina aşkarlandı
    • 19-02-2024, 20:00
    • 175

Qarabağda daha 79 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 28.02.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.