-
- 19-02-2024, 18:47
- 222
Sony-nin hissələri 10 milyard azaldı
Yaponiyanın məşhur texnologiya brendi Sony-nin səhmləri birjada ucuzlaşıb.
News24.az xəbər verir ki, Sony-nin oyun qolu Play Station-ın konsol satışlarına yenidən baxıldığı xəbərindən sonra şirkətin dəyəri 10 milyard azalıb. Şirkət ən son oyun konsolu Play Station 5-in satış proqnozunu mart ayının sonuna kimi 21 milyard dollara endirib. Şirkət daha əvvəl mart ayının sonuna qədər 25 milyon konsol satışı gözləyirdi.
Digər tərəfdən, ekspertlər şirkətin son rübdə əməliyyat marjasının 6 faizə enməsinin səhmlərinin əriməsində mühüm amil olduğunu bildirir. Şirkətin əməliyyat marjası 2022-ci ilin sonunda 9 faiz, 2022-ci ilin əvvəlində isə 12 faiz təşkil edib.
Jefferies maliyyə firmasının analitiki Atul Goyal, "PS5 üçün tədarük proqnozunun aşağı salınması əslində məyusedici deyil. Məyusedici olan əməliyyat marjasının aşağı səviyyədə olmasıdır" deyib.
Günel Məlikzadə