Güclü külək Yasamalda insanların həyatına təhlükə yaradıb. 

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, əsən güclü külək nəticəsində Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə navalça asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.

loading...