Aİ Rusiyaya qarşı sanksiyaları bu tarixə qədər uzatdı
    • 20-02-2024, 12:15
    • 145

Aİ Rusiyaya qarşı sanksiyaları bu tarixə qədər uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci il fevralın 24-dək uzadıb.

News24.az xəbər verir ki, bu barədə Aİ Şurasının müvafiq qətnaməsi Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

“2022-ci il tarixli 266 nömrəli qərara uyğun olaraq məhdudlaşdırıcı tədbirlər daha 12 ay, 24 fevral 2025-ci il tarixinədək uzadılsın”, - deyə məlumatda bildirilir. 

Mehriban Mirzəzadə