-
- 20-02-2024, 12:45
- 311
Xəstəxanaya basqın edildi - Bir çox insan...
İsrail ordusu günlərdir Qəzzanın ikinci ən böyük xəstəxanası olan Xan Yunisdəki Nasser xəstəxanasını mühasirəyə alıb.
News24.az xəbər verir ki, İsrail qüvvələri xəstəxana ərazisini tanklar və zirehli maşınlarla mühasirəyə alıb və ətrafa snayperlər yerləşdirib.
İsrail qüvvələri xəstəxananın giriş-çıxışını bağlayıb və orada sığınan köçkünlər də daxil olmaqla minlərlə insanı günlərlə mühasirədə saxlayıb.
Xəstəxanaya girib-çıxmağa çalışan bir çox insan ətrafa yerləşdirilən snayperlər tərəfindən vurularaq öldürülüb.
Xatırladaq ki, İsrail qüvvələri fevralın 15-də xəstəxanaya basqın edərək, tibb işçiləri də daxil olmaqla, çoxlu fələstinlini saxlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)Baş direktor Tedros Adhanom Ghebreyesus fevralın 18-də Nasser Xəstəxanasının artıq xidmət göstərə bilməyəcəyini açıqlayıb.
Günel Məlikzadə