-
- 20-02-2024, 14:17
- 1 163
Futbol dünyasını yasa boğan xəbər - FOTO
Alman futbolunun əfsanəvi adlarından biri olan Andreas Brehme 63 yaşında dünyasını dəyişib.
News24.az Bild qəzetinin xəbərinə istinadən bildirir ki, Brehmenin ötən gecə Münhendəki evində infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilib. Keçmiş futbolçunu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmadığı qeyd edilib.
Xəbərdə Brehmenin keçmiş məşqçisi Franz Bekkanbauerin vəfatından dərin təsirləndiyi vurğulanıb.
ANDREAS BREHME KİMDİR?
1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının finalında Almaniyanı çempionluğa gətirən qolu 1960- cı ildə Hamburqda anadan olan Andreas Brehme vurub. Frans Bekkanbauerin rəhbərliyi altında Almaniya 1-0 bitən final matçında Argentinanı Brehmenin penaltidən vurduğu qolla məğlub edib.
Karyerasında “Bavariya”, “İnter”, “Real Saraqosa” kimi komandalarda çıxış edən alman futbolçu 1998-ci ildə “Kayzerslautern”lə futbolu tərk edib.
Əfsanəvi ad karyerası ərzində 1 Dünya Kuboku, 1 UEFA Kuboku, 2 Bundesliqa və 1 Seriya çempionluğu qazanıb.
Günel Məlikzadə