Ermənistanda Azərbaycan-Türkiyə XOFU: İrəvanı etiraz dalğası bürüdü
    • 20-02-2024, 23:41
    • 285

Ermənistanda Azərbaycan-Türkiyə XOFU: İrəvanı etiraz dalğası bürüdü


İrəvanda Azadlıq meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, etirazçılar “Azərbaycan-Türkiyənin Ermənistan dövlətçiliyini məhv etməsinə” imkan verməyəcəklərini bildirirlər.

""Birgə" hərəkatı Paşinyanın vəzifədən uzaqlaşdırılması üçün 100 simvolik əsas hazırlayıb. Siyahı tam deyil, ona əlavə etmək olar. Bu pərdələrdən biri Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayətdir”, - deyə mitinqin təşkilatçılarından biri Edqar Qazaryan izah edib.