İran prezidenti Qəzzada törədilən soyqırımda ABŞ-ı günahlandırdı
    • 21-02-2024, 15:30
    • 166

İran prezidenti Qəzzada törədilən soyqırımda ABŞ-ı günahlandırdı

ABŞ Qəzza zolağında soyqırımda günahkardır və İsrailin davam edən cinayətlərinə görə məsuliyyət daşıyır.

News24.az xəbər verir ki, bu fikri İran prezidenti İbrahim Rəisi deyib.

“Bu gün heç şübhəsiz, ABŞ bütün dünyada şər mərkəzidir və Qəzza zolağında cinayətlərin və soyqırımın əsas günahkarıdır və bu cinayətlərin davam etməsinə görə məsuliyyət daşıyır, bütün dünya bu hərəkətləri pisləməlidir”,-  deyə o bildirib.

Əlcəzairin təqdim etdiyi qətnamə layihəsində Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb olunur. O, həmçinin fələstinli mülki şəxslərin məcburi köçkünlüyünü rədd edir və Fələstin probleminin iki dövlətli həllinə sadiqliyini vurğulayıb.

Mehriban Mirzəzadə