Aİ-nin 13-cü sanksiyalar paketinə bu ölkələr daxildir
    • 21-02-2024, 18:30
    • 216

Aİ-nin 13-cü sanksiyalar paketinə bu ölkələr daxildir

Aİ-nin 13-cü sanksiyalar paketinə üç Çin şirkəti, Hindistan və Türkiyə hüquqi şəxsləri də daxil edilib.

News24.az xəbər verir ki, bu barədə Brüsselin “Euractiv” portalı məlumat yayıb.

Qeyd olunur ki, yeni məhdudiyyətlər üç materik Çin şirkətinə şamil edilir və onlar Avropa bizneslərinin əlaqə saxlaması qadağan edilən firma və müəssisələrin siyahısına əlavə olunacaq. Onlar Ukraynada döyüş meydanında istifadə olunan həssas texnologiyaların Rusiyaya verilməsində ittiham olunurlar.

Rusiya hərbi-sənaye kompleksinə Aİ-nin birtərəfli sanksiyaları çərçivəsində qadağan olunmuş mal və texnologiyalara çıxış əldə etməyə kömək etdiyi iddia edilən Hindistan və Türkiyə şirkətlərinə qarşı ilk dəfə olaraq ticarət məhdudiyyətləri tətbiq ediləcək.

Bundan əlavə, yeni məhdudiyyətlər çərçivəsində viza qadağası tətbiq olunacaq və KXDR-in müdafiə naziri Kanq Sun Namın aktivləri Rusiyaya ballistik raketlərin tədarükü üçün dondurulacaq.

Mehriban Mirzəzadə