Starfield-dan yenilik
    • 22-02-2024, 16:37
    • 158

Starfield-dan yenilik

"Bethesda" tərəfindən hazırlanmış kosmos temalı açıq dünya oyunu "Starfield" daha bir geniş yeniləmə alıb. Performans və qrafik keyfiyyət problemlərindən şikayətlənən oyunçuları dinləyən istehsalçılar, oyunun yeni versiyası üçün bir çox yeni nəsil texnologiyadan faydalanıblar.

News24.az əbər verir ki, oyun eyni anda həm AMD-nin FSR xüsusiyyətinə, həm də Intel-in XeSS texnologiyasına sahib olacaq. Xüsusilə, FSR qrafik kartının modelindən və markasından asılı olmayaraq artan qrafik performansını təklif edir. Bu yeniləmə çərçivəsində DLSS istifadəsindəki bəzi səhvlərin də düzəldildiyi iddia edilir. 

Təəssüf ki, PC platformasından başqa "Xbox" konsollarından istifadə edən insanlar bu yeniliklərdən yararlana bilməyəcəklər. Ancaq oyunun, xüsusən də PC-də daha çox performans probleminin olduğu bilinirdi.

İstifadəçilərin oyunları yazarkən qarşılaşdıqları problemlərin saxlanması bütün platformalarda, o cümlədən konsollarda həll olunacaq. Beləliklə, oyunçuların sərf etdiyi saatlarla zəhmət boşa getməyəcək və daha sağlam bir oyun təcrübəsi yaşanacaq.

Qeyd edək ki, oyunun prodüseri Bethesda-nın yaxın günlərdə daha bir əhəmiyyətli yeniləmə gətirəcəyi deyilir. 

Günel Məlikzadə