Xbox-ın taleyi bu tarixdə bəlli olacaq
    • 13-02-2024, 15:08
    • 135

Xbox-ın taleyi bu tarixdə bəlli olacaq

Xbox-a eksklüziv oyunların PS5 və Nintendo Switch-ə gələcəyinə dair həftələrlə şayiələrdən sonra Microsoft bu həftə keçiriləcək tədbirdə Xbox-ın gələcəyi ilə bağlı vizyonunu açıqlamağı planlaşdırır. Phil Spencerin dediyi “Xbox business update” bu həftə, 15 fevral Türkiyə vaxtı ilə saat 23:00-da baş tutacaq.

News24.az xəbər verir ki, "Hi-Fi Rush", "Sea of Thieves və hətta Starfield və Indiana Jones" kimi Bethes-da oyunlarının "Xbox" olmayan platformalarda mövcud ola biləcəyini göstərir. "Microsoft" indiyədək bu söz-söhbətlərə birbaşa cavab verməyib, lakin Microsoft Gaming-in baş direktoru Phil Spencer bu iddiaları təkzib etməyib. "Biz sizi dinləyirik və sizi eşidirik" Spenser Xbox biznes yeniləmə tədbirini elan etməzdən əvvəl dedi.

"Xbox" biznes yeniləməsi artıq cümə axşamı rəsmi "Xbox" podkasti kimi əlçatan olacaq. "Microsoft" YouTube-da "Xbox" video podkastlarını dərc edir. Yayımlanacaq videoda Microsoft Gaming-in baş direktoru Fil Spenser, "Xbox" rəhbəri Sarah Bond və "Xbox" studiyalarının rəhbəri Matt Booty də iştirak edəcək. Buna görə də ağır çəkililər iş başındadır.

Günel Məlikzadə