-
- 22-02-2024, 17:31
- 182
Baydenin iti 24 Gizli Xidmət əməkdaşını dişləyib
2023-cü ilin oktyabrında aqressiyasına görə Ağ Evdən uzaqlaşdırılan ABŞ prezidenti Co Baydenin it komandirinin ən azı 24 Gizli Xidmət əməkdaşını dişlədiyi açıqlanıb.
News24.az CNN-in məlumatına istinadən xəbər verir ki, Alman çoban köpək cinsi Komandirlə bağlı sənədlər İnformasiya Azadlığı Qanunu (FOIA) çərçivəsində paylaşılıb.
Təcavüzkarlığı və dişləmə halları ilə gündəmə gələn itin 2022-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər ən az 24 Gizli Xidmət əməkdaşını dişlədiyi sənədləşdirilib.
Sənədlərə görə, it sözügedən şəxslərin biləklərindən, qollarından, dirsəklərindən, belindən, döşündən, ayaqlarından və çiyinlərindən dişləyib.
İtin dişləmə hadisələrinin hamısını ehtiva etməyən sənədlər yalnız Gizli Xidmət işçilərini əhatə edir.
Xatırladaq ki, Alman çoban iti "Komandir" Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.
Günel Məlikzadə