ABŞ və Cənubi Koreya təlimlərə başladı
    • 23-02-2024, 12:40
    • 119

ABŞ və Cənubi Koreya təlimlərə başladı

Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri Cənubi Koreya ərazisi üzərində F-35A qırıcılarının iştirakı ilə birgə təlimlər keçirib.

News24.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarələr Yaponiyadan Amerikanın Pxentekdəki Osan bazasına fevralın 21-də gəlib. ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində F-35A qırıcılarının olmadığı bildirilir.

Cənubi Koreya tərəfdən təlimlərdə F-35A, KF-16, F-15K qırıcıları, eləcə də digər növ təyyarələr iştirak edib. Hərbi qulluqçular təyyarələrin və qanadlı raketlərin tutulması ilə bağlı müdafiə hərəkətləri həyata keçiriblər.

Mehriban Mirzəzadə