Rusiyaya xəyanət etdilər - "Artıq dostumuz Azərbaycandır"
    • 24-02-2024, 08:49
    • 246

Rusiyaya xəyanət etdilər - "Artıq dostumuz Azərbaycandır"


Nikol Paşinyan və Emmanuel Makron Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və burada Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ermənistanı Rusiyaya xəyanətdə ittiham edib:

“Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, KTMT-yə üzvlüklərini dondururlar. Bu, Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir.

Əslində, Paşinyan və Makron Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və bölgədə Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıblar.

Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”.