Anti-Rusiya siyasəti Ermənistan üçün fəlakətdir - Politoloq
    • 9-11-2023, 14:00
    • 208

Anti-Rusiya siyasəti Ermənistan üçün fəlakətdir - Politoloq

Bu gün İrəvan Moskva ilə konstruktiv dialoqa hazır deyil. 

News24.az xəbər verir ki, bunu rusiyalı politoloq, Avrasiya məsələləri üzrə ekspert Aslan Rubayev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşmaq siyasəti yürüdür.

“Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırmağa, postsovet vahid məkanı çərçivəsində yaradılmış siyasi institutlardan geri çəkilməyə yönəlmiş siyasət aparır. Cənubi Qafqazda Ermənistan Rusiyanın xarici siyasətində həmişə prioritet olub. Bizim üçün Ermənistan həmişə strateji tərəfdaş, strateji müttəfiq olub və qalır. Amma Paşinyan gələndən sonra Moskvanı tərk etmək siyasəti yürütməyə başladı. Onun KTMT-nin səmərəsiz struktur olduğunu, MDB-də və başqa qurumlarda mövcudluğunu nəzərdən keçirməyə dəyər deməsi bir sıra şübhələr yaradır. Roma Əsasnaməsinin ratifikasiyası Rusiyaya qarşı tamamilə qeyri-dost addımdır. Birgə dövriyyəmiz iki dəfə artır, Ermənistan Rusiyadan ciddi asılıdır, orada Rusiyanın hərbi bazası var, maliyyə sektorunun bir hissəsi Rusiyanın nəzarətindədir. Belə şəraitdə onu verən əli dişləmək tamamilə düzgün deyil və Ermənistan üçün fəlakətdir”, - Rubayev bildirib.

Ekspertin fikrincə, Paşinyan müəyyən məsələlər üzərində işləyir: Rusiya-Ermənistan münasibətlərini pozmaq, Rusiya hərbi bazasını çıxarmaq və Ermənistanı postsovet məkanı sazişləri çərçivəsində mövcud olan bütün strukturlardan çıxarmaq.

“Müxtəlif səviyyəli görüşlərdə, məsələn, MDB toplantısında, KTMT iclasında iştirakdan imtina etmək yalnız münasibətləri pozur, mövcud institutları dəyərdən salır, bu, Ermənistanın bu gün Moskva ilə konstruktiv dialoqa hazır olmadığını göstərir. Konstruktiv yola, bizim mövcud olan və hələ də tam pozulmamış normal münasibətlərə zərbə vurur. Rusiya üçün geosiyasi baxımdan Cənubi Qafqaz birbaşa maraqlar zonasıdır, Rusiya üçün çox vacib regiondur. Ona görə də onun təhlükəsizliyi və sabitliyində yalnız Rusiya maraqlı ola bilər”, - Rubayev bildirib.

O qeyd edib ki, bu gün Ermənistan tamamilə Ukrayna kimi Rusiya ilə qarşıdurma alətinə çevrilib: “İndi onlar Ermənistandan kənarda hər cür layihələr həyata keçirəcəklər ki, bu da Rusiyanın regionda istənilən təsirinə mane olacaq.

Akqabay