Məhkəmədən Trampa 454 milyon dollarlıq cəza
    • 24-02-2024, 17:30
    • 159

Məhkəmədən Trampa 454 milyon dollarlıq cəza

Nyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı mülki dələduzluq işi üzrə 454 milyon dollar cərimə ödəməyə məcbur edib . 

News24.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Qeyd olunur ki, bu məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faizlər daxildir.

Bildirilir ki, ötən həftə fevralın 16-da Nyu York məhkəməsi Donald Trampı dələduzluqda təqsirli bilib. Siyasətçi daha yaxşı tariflərlə kredit və sığorta əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıb. Sonra o, 355 milyon dollar cərimə ödəməli olub.

Mehriban Mirzəzadə