Tramp və şirkətləri üçün REKORD CƏRİMƏ
    • 17-02-2024, 10:23
    • 233

Tramp və şirkətləri üçün REKORD CƏRİMƏ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun şirkətləri Nyu-Yorkda mülki fırıldaqçılıq işi üzrə təqribən 355 milyon dollar ödəməyə məhkum edilib.

News24.az xəbər verir ki, Nyu-York hakimi Donald Trampa fırıldaqçılıq iddialarına görə 355 milyon dollar ödəməyə qərar verdi və ona üç il müddətinə ştatda şirkət idarə etməyi qadağan etdi, bu da biznes vəziyyətinə böyük zərbə vurub. Noyabrda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olacağı dəqiq olan Tramp sərvətini qanunsuz olaraq şişirtməkdə və əlverişli bank kreditləri və ya sığorta şərtləri əldə etmək üçün əmlaklarının dəyərini manipulyasiya etməkdə təqsirli bilinib.

Trampın vəkili Alina Habba qərarı “açıq-aşkar ədalətsizlik” adlandırıb və apelyasiya şikayəti verəcəklərini bildirib. İş cinayət yox, mülki xarakter daşıdığından həbs müddəti təhlükəsi yox idi. Bununla belə, Tramp qərardan əvvəl verdiyi açıqlamada onun Nyu-York əyalətində biznes fəaliyyətinin qadağan edilməsinin “korporativ ölüm cəzası”na bənzəyəcəyini bildirib.

Günel Məlikzadə