Tramp təqsirli bilindi
    • 17-02-2024, 08:39
    • 131

Tramp təqsirli bilindi


ABŞ-nin keçmiş prezidenti Donald Tramp təqsirli bilinib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Nyu York məhkəməsi Trampı "Trump Organization" aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıqla bağlı işdə təqsirli bilib.

O, buna görə təxminən 355 milyon dollar təzminat ödəməlidir.