-
- 24-02-2024, 15:14
- 193
Navalninin arvadı Putini ittiham etdi
Həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya Rusiya hakimiyyətindən onun cəsədinin dəfn olunmaq üçün buraxılmasını istəyib və “şeytan” Vladimir Putini ərinin cəsədinə işgəncə verməkdə ittiham edib.
News24.az xəbər verir ki, YouTube-da yayımlanan altı dəqiqəlik videoda Navalnaya Putini ərinin cəsədini girov saxlamaqda günahlandırıb və Putinin tez-tez bəyan etdiyi xristian inancını şübhə altına alıb.
Navalninin anası Lüdmila Navalnaya verdiyi açıqlamada rus müstəntiqləri Navalnının cəsədini açıq cənazə olmadan dəfn etməyə razılaşana qədər Arktikanın ucqar Salekhard şəhərindəki morqdan buraxmaqdan imtina ediblər.
Günel Məlikzadə