-
- 16-02-2024, 21:20
- 380
Oğlum sağ, sağlam və xoşbəxt idi - Navalnının anası
Bu gün vəfat etdiyi bildirilən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının anası oğlu ilə sonuncu dəfə fevralın 12-də görüşdüyünü bildirib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, Lyudmila Navalnaya bu barədə özünün "Facebook" səhifəsində yazıb.
O, görüş zamanı oğlunun sağ, sağlam və xoşbəxt olduğunu bildirib:
"Heç bir başsağlığı eşitmək istəmirəm. Biz onu həbsxanada (fevralın 12-də) görəndə, sağ, sağlam və xoşbəxt idi".