Navalninin bədənində izlər..
    • 20-02-2024, 09:37
    • 306

Navalninin bədənində izlər..

Ötən gün saxlandığı həbsxanada dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalninin cənazəsi hələ də yaxınlarına verilməsə də, məşhur müxalifətçinin ölümü şübhəli olaraq qalır. 

News24.az xəbər verir ki, müstəqil yayımlanan "Novaya qazeta Europe" Navalninin cəsədinin aparıldığı Saleharddakı təcili yardım xidmətində çalışan feldşerin verdiyi hesabatda meyitdə göyərmə izlərinin olduğunu iddia edib.

Onu da qeyd edək ki, Navalninin başında və sinəsində göyərmələr olduğunu bildirən zabit, “qıcolma zamanı insanları saxlamaq istəyərkən belə xəsarətlərin ola biləcəyini” ifadə edərək əlavə edib: 

“Onu reanimasiya etməyə çalışıblar və o, yəqin ki, infarktdan ölüb. Ancaq bunun tam səbəbini demirlər".

Günel Məlikzadə