Medvedev Putindən vəzifə istədi
    • 25-02-2024, 20:43
    • 249

Medvedev Putindən vəzifə istədi

Dmitri Medvedev Vladimir Putinə müraciət edərək ondan yeni vəzifə istəyib. 

R TV xəbər verir ki, iddialara görə keçmiş prezident hüquq sahəsində çalışmaq istəyir. Belə ki, o, Rusiya Konstitusiya Məhkəməsinin sədri olmaq niyyətini dilə gətirib. Lakin Putinin ona cavabı müsbət olmayıb. Buna baxmayaraq Medvedev bu məsələdə israr edir. Hazırda Rusiya Təhlükəsizlik Şurasında sədr müavini Medvedevin birdən-birə belə bir arzuya düşməsi həm Putin özündə, həm də Kremldəki digər məmurlardan şok effekti yaratdığını deyib. 

Ümumiyyətcə, Medvedev xarekter etibarı ilə çox qəribə adamdır. Qalmaqallı açıqlamalar, gözlənilməz həmlələri onu Kremlin ən gizlin simasına çevirib. Dmitri Medvedev hazırda yenidən Putinin varisi olmağa ən şanslı namizədlərdən biridir. Kremldə qalıb daha yüksək vəzifələrə can atmaq varkən Konstitusiya Məhkəməsinin sədri kimi qeyri-siyasi vəzifəyə getmək göstərir ki, keçmiş prezident ya yenidən prezident olmaq istəmir, ya da artıq bunun mümkün olmayacağını anlayıb.