MDB-yə üzv ölkələrinin bu tarixdə iclası keçiriləcək
    • 26-02-2024, 14:10
    • 192

MDB-yə üzv ölkələrinin bu tarixdə iclası keçiriləcək

Mayın 24-də Türkmənistanın paytaxtında MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Birlik İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri fevralın 27-də Minskdə keçirilən iclasda Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının gündəliyi layihəsinə dair təkliflərə baxacaqlar. Görüş mayın 24-də Aşqabadda keçiriləcək”, - məlumatda deyilir.

Məlumata görə, daimi nümayəndələr həmçinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və MDB İqtisadi Şurasının iclasları zamanı nümayəndə heyətləri rəhbərlərinin ifadə etdikləri təşəbbüslərin həyata keçirilməsi üzrə yol xəritəsinin icrasını müzakirə edəcəklər. 

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə baş tutub. 

Mehriban Mirzəzadə