Xocalı qurbanları üçün 1 dəqiqəlik sükut...
    • 26-02-2024, 17:09
    • 119

Xocalı qurbanları üçün 1 dəqiqəlik sükut...

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.