Nigeriyada çevriliş cəhdi
    • 26-02-2024, 18:20
    • 119

Nigeriyada çevriliş cəhdi

Nigeriya ordusu mətbuatda yer alan çevriliş cəhdi iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.

News24.az xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərdə dövlət çevrilişi cəhdi iddiasından sonra prezident mühafizəçilərinin həyəcan vəziyyətində olduğu və Nigeriya prezidenti Bola Əhməd Tinubunun təcili toplantılar keçirdiyi iddia edilib.

Qeyd edək ki, zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar.

Günel Məlikzadə