Bu ölkədə çevriliş cəhdinin qarşısı alındı
    • 6-01-2023, 10:55
    • 243

Bu ölkədə çevriliş cəhdinin qarşısı alındı

Mərkəzi Afrika ölkəsi Çadda hökumət hüquq müdafiəçisi və bəzi hərbçilərin də yer aldığı çevriliş cəhdinin uğursuzluğa uğradığını açıqlayıb.

News24.az xəbər verir ki, ölkənin İnformasiya Nazirliyindən verilən açıqlamada çevriliş planının arxasında Çad İnsan Haqları Təşkilatının prezidenti Bahreddin Berdei Targuio başçılıq etdiyi 11 zabitin olduğu bildirilib.

Dövlət çevrilişinə cəhddə əli olan hər kəsin dekabrın 8-dən bəri saxlanıldığı, hadisənin bir qrup hərbi zabit tərəfindən ölkədə sabitliyi pozmaq cəhdi olduğu bildirilib. /TRT Haber/

Teymur MƏMMƏDOV