Vüqar Qurbanovdan yeni təyinat - FOTO
    • 26-02-2024, 20:30
    • 226

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

News24.az "Report"a istinadla bildirir ki, bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin etdilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayınin 23-də xitam verilib.