Navalnı haqqında flaş iddia
    • 27-02-2024, 10:54
    • 212

Navalnı haqqında flaş iddia

Rusiyalı müxalif siyasətçi Mariya Pevçix iddia edib ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı həbsxanada ölməsə, Almaniyada saxlanılan rus kəşfiyyatçı Vadim Krasikovla dəyişdiriləcək və azadlığa buraxılacaqdı.

News24.az xəbər verir ki, fevralın 16-da Rusiyada saxlandığı həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı şübhələr davam edir. Rusiyalı müxalif siyasətçi Mariya Pevçix sosial media hesabından açıqlamasında Navalnının ölümü ilə bağlı yeni iddia ilə çıxış edib.

Navalnının həbsxanada ölmədiyi təqdirdə Almaniyada saxlanılan rus kəşfiyyatçı Vadim Krasikovla dəyişdiriləcəyini və sərbəst buraxılacağını iddia edən Pevçix, “ABŞ və Almaniya rəsmiləri bunu təsdiqlədilər, amma heç nə etmədilər. Navalnı elə indi, bu gün bu kresloda otura bilərdi. Bu, sadəcə olaraq söhbət deyil, bu baş verə bilərdi və olmalı idi” dedi.

Günel Məlikzadə