68 uşaq öldü: 23 nəfər həbs cəzası aldı
    • 27-02-2024, 11:35
    • 246

68 uşaq öldü: 23 nəfər həbs cəzası aldı

Öskürək siropundan ölən 68 uşağa görə 23 nəfər həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, həmin şəxslərin cəzaları 2 ildən 20 ilə qədər olub. Lakin təqsirləndirilən şəxslər vergidən yayınma, saxta dərman satışı, vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq, saxtakarlıq və rüşvət alma maddələri ilə də mühakimə olunublar. 

Bunu da qeyd edək ki, 6 ay davam edən məhkəmə prosesinin əvvəlində öskürək siropu ilə bağlı 65 ölüm faktı, son iclasda isə daha üç ölüm hadisəsi qeydə alınıb. 

Bu siroplar Hindistanda Marion Biotech tərəfindən istehsal edilib və Özbəkistanda Quramax Medical tərəfindən paylanıb.

Mehriban Mirzəzadə