Ermənistanın Baş naziri Yunanıstana getdi
    • 27-02-2024, 13:05
    • 163

Ermənistanın Baş naziri Yunanıstana getdi

Ermənistan Baş naziri Yunanıstana işgüzar səfərə gəlib.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

Məlumata görə, Paşinyan həyat yoldaşı Anna Akopyanla Yunanıstana işgüzar səfərə gedib. Səfər çərçivəsində Paşinyanın Yunanıstan prezidenti Katerina Sakellaropulu, baş nazir Kyrakos Mitsotakis və parlamentin spikeri Konstantinos Tasulas ilə görüşləri nəzərdə tutulub.

Mehriban Mirzəzadə