Meşə yanğınlarında həyatını itirənlərin sayı 132-yə yüksəlib
    • 14-02-2024, 09:17
    • 271

Meşə yanğınlarında həyatını itirənlərin sayı 132-yə yüksəlib

Çili Hüquq Sağlamlığı Xidmətindən (SML) verilən açıqlamada, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artdığı qeyd edilib.

News24.az xəbər verir ki, yanğınlarda ölənlərin sayı 132-yə yüksəlsə də, havadan və qurudan müdaxilələr yanğını "tamamilə" nəzarət altına almaqda davam edir.

SML ümumilikdə 89 cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlandığını və 64 cəsədin ailələrinə təhvil verildiyini açıqlayıb.

Digər tərəfdən, Valparaiso qubernatoru Rodriqo Mundaca mətbuat konfransında meşə yanğınları nəticəsində 43 min hektar ərazinin yanaraq külə döndüyünü, təxminən 15 min evin yandığını ifadə edərək, “Yanğınların qəsdənbaşladıldığına tam əminik” dedi.

Çili prezidenti Qabriel Boric fevralın 3-də verdiyi açıqlamada fövqəladə vəziyyət (OHAL) elan etdiklərini bildirərək, "Yanğınlara müdaxilə etmək üçün bütün komandalarımızı ölkənin mərkəzi və cənub bölgələrinə yönləndirdik" dedi.

Çilidə meşə yanğınları bir çox bölgədə eyni vaxtda təsirli olub və qısa müddətdə yaşayış məntəqələrinə yayılıb.

Günel Məlikzadə