Zelenski Albaniya ilə saziş imzaladı
    • 28-02-2024, 16:30
    • 118

Zelenski Albaniya ilə saziş imzaladı

Prezident Vladimir Zelenski və Albaniya hökumətinin başçısı Edi Rama iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

News24.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında məlumat yayıb.

Ukrayna prezidentinin sözlərinə görə, bu sənəd iki ölkə arasında əməkdaşlığın inkişafına və Balkan regionunda Ukraynanın mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

Tiranada keçirilən görüşdə tərəflər Ukraynanın müdafiə ehtiyaclarını və birgə silah istehsalı imkanlarını da müzakirə ediblər.

Razılaşmaya əsasən, Ukrayna və Albaniya ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, səhiyyə, media, turizm və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəklər.

Mehriban Mirzəzadə