"YouTube Kids" silinirmi?
    • 28-02-2024, 16:54
    • 283

"YouTube Kids" silinirmi?

"Google" uzun müddətdir smart televizorlar sahəsində axtarışlar aparır. Satışları günü-gündən artan bu cihazların həyatımızda yeri daha böyük görünür. Son məlumata görə, "Google" bu dəfə "YouTube Kids" tətbiqi ilə bağlı radikal qərar verəcək.

News24.az xəbər verir ki, "Google" məşhur "Youtube Kids" tətbiqini smart televizorlardan silməyə hazırlaşır. 

İndiyədək müstəqil şəkildə xidmət göstərən proqram artıq "YouTube" ilə tam inteqrasiya olunacaq. Valideynlərin bu qərara necə reaksiya verəcəyi maraq doğurur. 

Bununla belə, "Google" rəhbərliyi mövzu ilə bağlı verdiyi rəsmi açıqlamada tətbiqin nəticə etibarilə eyni qalacağını və uşaqlar sevdikləri məzmundan həzz alarkən, valideynlərinin təhlükəsizliyini təmin etməyə davam edəcəklərini iddia etdi. Şirkətin bu qərarı niyə verdiyi dəqiq bilinməsə də, günün sonunda bu dəyişikliyin istifadəçilər üçün faydalı olacağına ümid edirik.

Günel Məlikzadə