Navalninin cəsədi üçün cənazə maşını tapılmır
    • 29-02-2024, 18:38
    • 214

Navalninin cəsədi üçün cənazə maşını tapılmır

Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin sözçüsü Kira Yarmiş dəfn mərasimi ilə bağlı yeni açıqlama verib.

News24.az xəbər verir ki, dəfn mərasiminə bir gün qalsa da, Navalninin cənazəsini mərasim sahəsinə aparmaq üçün cənazə maşını tapılmayıb.

Yarmışın verdiyi açıqlamada “Navalninin cənazəsini dəfn mərasiminə bir gün qalmış daşımaq üçün cənazə maşını tapa bilmirik” ifadəsi işlədilib.

Xatırladaq ki, Navalninin sözçüsü Kira Yarmiş dəfn mərasiminin martın 1-də Moskvada keçiriləcəyini açıqlayıb. Dəfn mərasimi Borisovskoye qəbiristanlığında, Maryino bölgəsindəki kilsədə vida mərasimindən sonra keçiriləcək.

Günel Məılikzadə