-
- 2-03-2024, 10:56
- 203
"Şimaldakı fələstinlilər ölümlə üz-üzədir"
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra verdiyi yazılı açıqlamada İsrailin Qəzzanın şimalında 700 min insanı hədəf alaraq, aclıqdan öldürərək “soyqırım cinayəti” törətdiyini vurğuladı.
News24.az xəbər verir ki, Qudra bəyanatlarından istifadə edərək, Qəzzanın şimalında “humanitar fəlakətin” qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatını (BMT) təcili tədbirlər görməyə çağırıb.
Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra dünən verdiyi açıqlamada Qəzzanın şimalında səhiyyə xidmətlərinin dayandırılmasının 700 min insanın edam cəzasına məhkum edilməsi anlamına gəldiyini bildirib.
Günel Məlikzadə