Vüsal Məlikov vəfat etdi
    • 3-03-2024, 08:39
    • 194

Vüsal Məlikov vəfat etdi

Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov vəfat edib. 

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Bildirilir ki, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub. Vüsal Məlikov Vətən müharibəsindən sonra “Laçının azad olunmasına görə” medalına layiq görülüb.