Əfsanəvi basketbolçu öz rekordunu yeniləyib
    • 3-03-2024, 11:13
    • 334

Əfsanəvi basketbolçu öz rekordunu yeniləyib


ABŞ-nin “Los Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

News24.az "Report"a istinadla bildirir ki, 39 yaşlı idmançı peşəkar karyerasında 40000-ci xalını əldə edib.

O, buna "Denver"ə uduzduqları (114:124) qarşılaşmada nail olub. Beləliklə, əfsanəvi oyunçu öz rekordunu yeniləyib.

Ceyms 2023-cü ildə Kərim Abdul-Cabbarı geridə qoyaraq NBA-da ən məhsuldar basketbolçu adına sahib çıxmışdı.

Qeyd edək ki, 2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.