Hakan Fidan Sergey Lavrovla Qafqazdakı sülh prosesini müzakirə edib
    • 3-03-2024, 14:55
    • 330

Hakan Fidan Sergey Lavrovla Qafqazdakı sülh prosesini müzakirə edib


Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüşü zamanı Qafqazdakı sülh prosesini müzakirə edib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə nazir Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı bildirib.

O, həmçinin S.Lavrovla Qara dənizdəki vəziyyət, Suriyada baş verənlər və digər məsələlər ətrafında da fikir mübadiləsinin aparıldığını qeyd edib.