XİN: Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır
    • 3-03-2024, 15:44
    • 254

XİN: Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır


Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

Bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb.

2020-ci ilin noyabr ayından indiyədək mina partlayışlarında 346 azərbaycanlı qurban olub.