Ukraynalı qadınlar hərbi təlimdə
    • 4-03-2024, 09:22
    • 203

Ukraynalı qadınlar hərbi təlimdə

Ukraynalı qadınlar da cəbhədə döyüşmək üçün hazırlıqlara başlayıblar.

News24.az xəbər verir ki, təlimdən sonra qadınlar iki ildən artıq davam edən Ukrayna müharibəsində də ön cəbhədə xidmət edəcəklər.

Ukraynanın “Valkyrie” qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif sahələrdə vəzifələrin icrası üçün Kiyevdə aparılan hazırlıq işləri davam edir.

Cəbhədəki vəziyyətə oxşar şəraitdə müxtəlif maneələrdən keçən qadınlar müxtəlif müharibə ssenariləri üzərində işləyərək nəzarət edirdilər.

Hərbi təlim çərçivəsində qadınlar taktiki hərəkətləri, silahla işləməyi və qanaxmanın dayandırılması üçün ilkin tibbi yardım göstərməyi öyrəniblər.

Təlimləri başa çatdıqdan sonra qadınlar da müharibədə iştirak edəcək və Ukraynanın müdafiəsinin bir hissəsi olacaqlar.

Günel Məlikzadə