Qurban Qurbanov "Qarabağ"a TƏCİLİ FUTBOLÇU AXTARIR
    • 16-12-2023, 16:02
    • 976

Qurban Qurbanov "Qarabağ"a TƏCİLİ FUTBOLÇU AXTARIR

Bildiyiniz kimi, "Qarabağ" Avropa Liqasında pley-offa vəsiqə qazanıb.

News24.az "Offsideplus.az"a istinadla xəbər verir ki, "köhlən atlar" indidən heyətini gücləndirmək haqda düşünür. Ağdam təmsilçisi futbolçu axtarışlarına başlayıb. Qurban Qurbanovun ilk istəyi sol ayaqlı sağ cinah vingeridir. Menecerlər Belçika, Niderland, Portuqaliya, Fransa, İspaniyanın əsas və ikinci liqalarında çıxış edən futbolçuları nəzərdən keçirirlər. 

Maraq üçün bildirək ki, Qurban Qurbanov komandaya mərkəz müdafiəçisinin cəlb edilməsini istəmir. Düzdü, Kevin Medina 3 aylıq sıradan çıxıb. Lakin təcrübəli mütəxəssis Bəhlul Mustafazadə, Bədavi Hüseynov və Rahil Məmmədovun performansından razıdır. Məhz bu səbəbdən də yeni mərkəz müdafiəçisinin transfer edilməsinə ehtiyac duymur.