-
- 4-03-2024, 16:35
- 295
Qəzzada 1 milyon yoluxucu xəstəlik aşkarlanıb
Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra verdiyi yazılı açıqlamada, İsrailin Qəzzaya hücumlarının 150 gündür davam etdiyinə diqqət çəkib.
News24.az xəbər verir ki, lazımi tibbi yardım göstərilmədiyi təqdirdə vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edən Kudra, BMT-ni “Qəzza xalqını xilas etmək üçün hərəkətə keçməyə” çağırıb.
Kudra İsrail qüvvələrinin xəstəxanaları və sağlamlıq mərkəzlərini dağıddığını, tibb işçilərini öldürdüyünü və ya həbs etdiyini, Qəzzanın şimalında vəziyyətin çox daha pis olduğunu vurğulayıb.
İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzzada 152 səhiyyə müəssisəsini hədəfə alıb, 31 xəstəxananı xidmətdən çıxarıb.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 13 min 230-u uşaq, 8 min 860-ı qadın olmaqla 30 min 534 fələstinli həlak olub, 71 min 920 nəfər isə yaralanıb.
Günel Məlikzadə