Almaniyada qocalar evində yanğın: Ölən və yaralananlar var
    • 4-03-2024, 17:12
    • 197

Almaniyada qocalar evində yanğın: Ölən və yaralananlar var

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində yanğın baş verib.

News24.az xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində yerli vaxtla saat 03.50-də yanğın baş verib.

Hadisə yerinə gələn və söndürmə işlərinə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Yanğın böyük ölçüdə söndürülüb, baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə