Qocalar evində yanğın baş verdi, ölənlər var
    • 7-07-2023, 10:20
    • 200

Qocalar evində yanğın baş verdi, ölənlər var

İtaliyanın Milan şəhərində yerləşən qocalar evində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında başlayan yanğının söndürülməsi səhərə qədər davam edib.

Qocalar evində olan 160 nəfərdən 81-i xəstəxanalara yerləşdirilib, həmin şəxslərdən 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır./report/