Xədicə Kazımova qəzada öldü - FOTO
    • 5-03-2024, 16:11
    • 313

Xədicə Kazımova qəzada öldü - FOTO

Şabran rayonunda avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.

News24.az "Report"a istinadla bildirir ki, rayonun Gəndob kəndi ərazisində "Hyundai - Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-ci il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.